Bu gün Bakının Parlament prospektində sürücüsü yeniyetmə olan skuter və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, hazırda qəza aidiyyəti qurumlar tərəfindən araşdırılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.