Bu gün Bakının Parlament prospektində sürücüsü yeniyetmə olan skuter və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib...
Bu barədə Poliqon-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, hazırda qəza aidiyyəti qurumlar tərəfindən araşdırılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Poliqon.info