İran İsraildə məscidə raket zərbəsi endirib. Müsəlman din xadimləri yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar deyib.
"İran rejimi Hayfaya raket zərbəsi endirib və Vadi Nisnas bölgəsindəki Əl-Cərin məscidini vurub. Raket hücumu nəticəsində məscidin içərisində olan müsəlman din xadimləri yaralanıb. İran rejimi mülki şəxsləri - müsəlmanları, xristianları və yəhudiləri, eləcə də mülki obyektləri hədəfə alıb. Bunlar müharibə cinayətləridir", - deyə nazir bildirib.