AZ

UBS hesabatı: Dollar milyonçularının ən çox artdığı ölkə Türkiyədir

Finss.az xəbər verir ki, İsveçrədə yerləşən UBS Group AG 2024 Qlobal Sərvət Hesabatını dərc edib. Müvafiq olaraq, dünya üzrə dollar milyonçularının sayı 1,2 faiz (684 min nəfər) artıb. Belə ki, 2024-cü ildə qlobal miqyasda hər gün təxminən 2 min yeni dollar milyonçu ortaya çıxdı. 56 ölkənin araşdırıldığı hesabatda, dollar milyonçularının ən çox artdığı ölkə Türkiyə oldu.

Hesabata görə, Türkiyədə adambaşına düşən sərvət keçən il 35 faizdən çox artıb. Lakin real ifadədə, yəni inflyasiyaya düzəlişlər edildikdə adambaşına düşən sərvət 14,6 faiz azalıb. Dünyada milyonerlərin sayındakı orta artım nisbəti yüzdə 1,2 olarkən, Türkiyədə yüzdə 8,4 olması diqqəti çəkir. Ötən il dollar milyonçularının sayı 7 min nəfər artaraq 68 minə yaxınlaşıb. Hesabatda bunun əksinə olaraq, Türkiyədə orta sərvətin keçən il təxminən 21 faiz azaldığı və gəlir bölgüsündə bərabərsizliyin artdığı faktı diqqət çəkir.

Seçilən
12
1
fins.az

2Mənbələr