İsveçrədə yerləşən "UBS Group AG" "Qlobal Sərvət - 2024 " Hesabatını dərc edib.
Marja xəbər verir ki, dünya üzrə dollar milyonerlərin sayı 1,2 faiz (684 min nəfər) artıb. Belə ki, 2024-cü ildə qlobal miqyasda hər gün təxminən 2 min yeni dollar milyonçu ortaya çıxıb. 56 ölkənin araşdırıldığı hesabatda, dollar milyonçularının ən çox artdığı ölkə Türkiyə olub.
Hesabata görə, Türkiyədə adambaşına düşən sərvət keçən il 35 faizdən çox artıb. Ancaq real olaraq baxanda, yəni inflyasiya nəzərə alınmayanda adambaşına düşən sərvət 14,6 faiz azalıb. Dünyada milyonçuların sayındakı orta artım 1,2 faiz olduğu halda, Türkiyədə artımın 8,4 faiz olması diqqəti çəkir. Dollar milyonçularının sayı keçən il 7 min nəfər artaraq 68 minə yaxınlaşıb. Hesabatda bunun əksinə olaraq, Türkiyədə orta sərvətin keçən il təxminən 21 faiz azaldığı və gəlir bölgüsündə bərabərsizliyin artdığı qeyd edilib.
Dollar milyonçularının artım sürətinə görə ölkələrin qiymətləndirildiyi siyahıda Türkiyənin artınca 5,8% artımla Birləşmiş Ərəb Əmirlikləri, sonra Rusiya gəlir.
2029-cu ilə qədər 5 milyondan çox insanın dollar milyonçusu olacağı gözlənilir.
ABŞ 24 milyon nəfərə yaxın milyonçu ilə dünyada birinci yerdədir. İkinci yerdə olan Çində 6,3 milyon, üçüncü yerdə olan Fransada isə 3 milyona yaxın milyoner insan var.
Gəlir bərabərsizliyini ölçən Cini əmsalı baxımından ən pis ölkə Braziliya olub, onun ardınca Rusiya və Cənubi Afrika gəlir.