Belçikalı qapıçı Tibo Kurtua "Real Madrid"lə yeni müqavilə imzalamağa yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisi 33 yaşlı qolkiper üçün yeni əmək müqaviləsinin yekun variantını hazırlayıb. Tibo Kurtuanın özü də "Santyaqo Bernabeu"da qalmağa razıdır.
Hazırda tərəflər arasında qüvvədə olan müqavilə 2026-cı ilin yayında başa çatır. Tibo Kurtua 2018-ci ilin yayında "Çelsi"dən "Real Madrid"ə transfer olunub.
Ötən mövsüm belçikalı qapıçı "Real"ın heyətində 47 matçda iştirak edib və onlardan 15-də qapısını toxunulmaz saxlayıb.
Transfermarkt portalının məlumatına əsasən, Kurtuanın bazar dəyəri 25 milyon avro təşkil edir.