"Atalanta"nın qapıçısı Marko Karnesekki karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Mançester Yunayted” 24 yaşlı qolkiperin transferi üçün “Atalanta”ya müraciət edib. "Qırmızı şeytanlar" eyni zamanda italiyalı oyunçunun agenti ilə də əlaqə saxlayıb.
Qeyd olunur ki, ingilis nəhəngləri hələ Andre Onana ilə bağlı yekun qərar verməyib. 2024/25 mövsümündə Karnesekki bütün yarışlarda 44 oyun keçirib, 45 qol buraxıb və 18 dəfə qapısını toxunulmaz saxlaya bilib. Karnesekkinin Atalanta ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.Transfermarkt-ın məlumatına görə, italyan futbolçunun qiyməti 25 milyon avrodur.