“Monako” “Mançester Yunayted”in qapıçısı Andre Onanın heyətinə qatmağı planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın bir nömrəsi üçün Fransa klubu 25 milyon avroluq təklif hazırlayır.
İngiltərə klubunun rəhbərliyi təcrübəli kiperin çıxışından narazıdır. Bu səbəbdən futbolçunu “Monako” klubuna satmaq fikrinə müsbət yanaşır.
Qeyd edək ki, kamerunlu futbolçu çıxış etdiyi 50 matçda qapısında 65 top görüb.
Fərid Nəsibov