Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdən müraciəti zamanı bildirib.
"Bu gecə mən dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğurdur. İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib", - Tramp deyib.
"İndi İran sülh bağlamalıdır", - deyən Tramp İranda "hələ çox hədəf qaldığını" və sonrakı hücumların daha da dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç ən böyük nüvə obyektini bombalamasından iki saat sonra xalqa müraciət edib.
O, Fordo, Natanz və Isfahanın "görkəmli hərbi uğur" nəticəsində tamamilə məhv edildiyini bildirib.
"Belə davam edə bilməz. İran üçün ya sülh, ya da faciə olacaq", - Tramp vurğulayıb.
O, ABŞ və İsrail hərbçilərinə təşəkkür edib.
"Bu gün etdiyimizi başqa heç bir ordu edə bilməzdi", - ABŞ lideri qeyd edib.
10Mənbələr
-
sia.azİran Prezidenti İsraili cavab zərbələri ilə hədələdi ( 19609541)
-
sia.azİran Prezidenti İsraili cavab zərbələri ilə hədələdi ( 19609538)
-
publika.azİran Prezidenti İsraili cavab zərbələri ilə HƏDƏLƏDİ ( 19609280)
-
nocomment.azİran Prezidenti: Hücum olarsa, İsrailə cavab zərbəsi endiriləcək ( 19609034)
-
operativmm.azFransa XİN başçısı mətbuatın Qəzzaya girişinə icazə verilməsinə çağırıb ( 19560812)
-
icma.azFransa XİN başçısı mətbuatın Qəzzaya girişinə icazə verilməsinə çağırıb ( 19558961)
-
bakivaxti.azFransa XİN başçısı mətbuatın Qəzzaya girişinə icazə verilməsinə çağırıb ( 19558049)
-
bakivaxti.azFransa XİN başçısı mətbuatın Qəzzaya girişinə icazə verilməsinə çağırıb ( 19557809)
-
report.azFransa XİN başçısı mətbuatın Qəzzaya girişinə icazə verilməsinə çağırıb ( 19557431)
-
news365.az“İranın hərbi infrastrukturu demək olar ki, tamamilə sıradan çıxarılıb” - Anar İsayev ( 19485479)