AZ

“İranın hərbi infrastrukturu demək olar ki, tamamilə sıradan çıxarılıb” - Anar İsayev

“İranın hərbi infrastrukturu demək olar ki, tamamilə sıradan çıxarılıb” 

Politoloq Anar İsayev News365.az-a açıqlamasında bildirib ki, İran və İsrail arasında baş verən 12 günlük müharibə nəticəsində İranın hərbi infrastrukturu, xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qərargahlar, hava hücumundan müdafiə sistemləri demək olar ki, məhv edilib.

Onun sözlərinə görə, hücumların əsas hədəflərindən biri həm ABŞ, həm də İsrail tərəfindən təhlükə kimi qiymətləndirilən uranın zənginləşdirilməsi obyektləri olub. Xüsusilə Fordo nüvə obyektinə ciddi diqqət yetirilib.

“ABŞ mediasında, o cümlədən The Washington Postun yaydığı məlumata əsasən, bəzi strateji hərbi bazalar və nüvə obyektləri artıq istifadəyə yararsız hala düşüb. İran isə açıqlamalarında daha çox zərər dəymədiyini iddia etsə də, mövcud informasiyalar bunun əksini göstərir,” – deyə Anar İsayev bildirib.

Politoloq əlavə edib ki, ABŞ Prezidenti Co Bayden hakimiyyətə gəldikdən sonra İranla danışıqları davam etdirməyə çalışsa da, uranın zənginləşdirilməsi və nüvə silahı əldə etmə prosesi dayanmadığı üçün bu danışıqlar nəticə verməyib. Beş raund baş tutsa da, altıncı raund reallaşmayıb.

Seçilən
11
49
news365.az

10Mənbələr