İsrail xarici mətbuatın Qəzza zolağına girişinə icazə verməyi nəzərdən keçirməlidir.
“Report” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Inter” radiostansiyasına müsahibəsində bildirib.
"Mən Qəzzada baş verənləri göstərmək üçün azad və müstəqil mətbuatın anklava girişinə icazə verilməsini xahiş edirəm", - o qeyd edib.