İranın atəşə tutması nəticəsində İsraildə azı 11 nəfər yaralanıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə İsrailin milli təcili yardım xidməti “Magen David Adom” ("Davidin qırmızı qalxanı") xəbər yayıb.
"Həkimlər tibbi yardım göstərib və 11 zərərçəkən xəstəxanalara çatdırılıb", - məlumatda deyilir.