İspaniya millisinin sabiq futbolçusu İker Munyain Argentinanın “San-Lorenso” klubundan ayrılıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2024-cü ilin yayından Argentina təmsilçisində çıxış edən Munyain komandada 26 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə edib.