AZ

Millinin sabiq futbolçusu klubsuz qaldı

İspaniya millisinin sabiq futbolçusu İker Munyain Argentinanın “San Lorenso” klubundan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

2024-cü ilin yayından Argentina təmsilçisində çıxış edən Munyain komandada 26 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

Seçilən
3
2
futbolpress.az

3Mənbələr