AZ

Pentaqon rəhbəri: ABŞ İranı rejim dəyişikliyinə təhrik etmək niyyətində deyil

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nin İrana zərbələri ölkə rəhbərliyini dəyişməyə deyil, yalnız onun nüvə proqramına yönəlib.

“Report” xəbər verir ki, bunu ABŞ müdafiə naziri (Pentaqonun rəhbəri) Pit Heqset deyib.

“Bu zərbələr rejim dəyişikliyinə təhrik etmək üçün həyata keçirilməyib. Söhbət İranın nüvə mərkəzlərinə “yüksək dəqiqliklə zərbələr endirməkdən gedir", - o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

Bundan əvvəl “The Wall Street Journal” amerikalı məmura istinadla yazıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana nüvə obyektlərinə endirilən zərbələrin rejim dəyişikliyinə yönəlmiş müharibənin başlaması olmadığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
10
icma.az

10Mənbələr