AZ

Neftin qiyməti son 5 ayın ən yüksək səviyyəsinə çatıb

ABŞ-ın ötən həftə sonu İranın nüvə obyektlərinə zərbə endirməsi tədarüklə bağlı narahatlıqları artırdığı üçün neft qiymətləri bazar ertəsi yanvar ayından bəri ən yüksək səviyyəyə qalxıb.

Marja xəbər verir ki, Brent markalı neft 2,49 faiz bahalaşaraq barreli 78,93 dollara, ABŞ xam nefti isə 2,56 faiz artaraq barreli 75,73 dollara çatıb.

Qiymətlərin artması ABŞ prezidenti Donald Trampın həftə sonu İranın əsas nüvə obyektlərini “məhv etdiyini” elan etməsindən sonra baş verib. ABŞ-ın İsrailin hücumuna qoşulması və Tehranın özünü müdafiə edəcəyinə bəyan etməsi Yaxın Şərqdəki münaqişəni gücləndirib. 

İran OPEC-in üçüncü ən böyük xam neft istehsalçısıdır. Bazar iştirakçıları, İranın cavab tədbirinin Hörmüz boğazını bağlaya biləcəyi qorxusu fonunda neft qiymətlərinin daha da artacağını gözləyirlər.

Seçilən
9
2
marja.az

3Mənbələr