AZ

Neftin qiyməti son 5 ayın ən yüksək həddə çatıb

Finss.az xəbər verir ki, ABŞ-ın həftəsonu İranın nüvə obyektlərinə hücumu tədarüklə bağlı narahatlıqları artırdıqdan sonra neft qiymətləri bazar ertəsi yanvardan bəri ən yüksək səviyyəyə qalxıb.

Brent markalı neft 2,49 faiz artaraq 78,93 dollara, ABŞ nefti isə 2,56 faiz artaraq 75,73 dollara çatıb.

Qiymət artımı ABŞ prezidenti Donald Trampın həftə sonu İranın əsas nüvə obyektlərini “məhv etdiyini” elan etməsindən sonra baş verib. Tramp İsrailin hücumuna qoşulmaqla Yaxın Şərqdə münaqişəni gücləndirdi və Tehran özünü müdafiə edəcəyinə söz verdi.

İran OPEK-in üçüncü ən böyük xam neft istehsalçısıdır. Bazar iştirakçıları İranın cavab tədbirinin Hörmüz boğazını bağlaya biləcəyi qorxusu fonunda neft qiymətlərinin daha da artacağını gözləyirlər.

Seçilən
7
2
fins.az

3Mənbələr