AZ

Ən böyük ziyan yeraltına vurulub - Tramp

BAKI, TurkicWorld

İranın nüvə obyektlərinin “məhv edildiyini” demək düzgündür.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı son hücumlarda hədəf alınan nüvə obyektlərinin “tamamilə məhv edildiyi” barədə iddialarını müdafiə edib.

O, Truth Social platformasında paylaşdığı açıqlamada, xüsusən Fordo, Natanz və İsfahan obyektlərinə vurulan zərbələrin nəticələrinin “yüzdə yüz dağıdıcı” olduğunu bildirib.

Tramp qeyd edib ki, peyk görüntüləri bu obyektlərə böyük ziyan dəydiyini sübut edir və bəzi strukturlar, xüsusilə yeraltı obyektlər birbaşa hədəfə alınıb.

“Ən böyük ziyan yeraltı oldu. Birbaşa zərbə!” - deyə o bildirib.

Lakin bu açıqlamalar ABŞ-ın digər yüksək rütbəli rəsmilərinin fikirləri ilə ziddiyyət təşkil edir. New York Times qəzetinin yayımladığı peyk görüntüləri Fordo obyektindəki “dəstək binasının” zərər görmədiyini, əsas bunkerin isə müəyyən dərəcədə zədələndiyini göstərir. ABŞ-ın Baş Qərargah rəisi Dan Caine də daxil olmaqla bəzi rəsmilər həmin obyektlərin “tamamilə deyil, qismən zədələndiyini” bildiriblər.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Seçilən
41
50
turkic.world

10Mənbələr