AZ

ABŞ Trampa görə İran münaqişəsinə dərindən qoşulacaq

ABŞ prezidenti Donald Trampın İranda hakimiyyət dəyişikliyi istəyi ilə bağlı bəyanatı ABŞ-ın Yaxın Şərqdəki münaqişəyə daha da dərindən qarışmasına səbəb ola bilər. Bu barədə Britaniyanın “Financial Times” nəşri məlumat yayıb.


"ABŞ-ın rejim dəyişikliyinə təkan verməsi Amerikanın proseslərə daha dərin müdaxiləsi riskini artıra bilər ki, bundan da bir çox demokratlar və hətta bəzi respublikaçılar ehtiyat edirlər", - nəşr yazıb.


Məqalədə qeyd edilib ki, ABŞ-ın yüksək rütbəli rəsmiləri Ağ Evin İranda hakimiyyət dəyişikliyinə can atmadığını bildiriblər.


Bununla belə, İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra Tramp bildirib ki, orada hakimiyyət dəyişikliyi ola bilər.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini açıqladı. Amerika lideri bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandırıb və bildirib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır. Eyni zamanda, İran İslam Respublikası isə iddia edir ki, ABŞ-ın zərbələri onların mühüm obyektlərinə ciddi ziyan vurmayıb.

İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Seçilən
1
29
news365.az

10Mənbələr