AZ

NBA çempionu yeni rekord müəyyənləşdirib

Milli Basketbol Assosiasiyasında (NBA) çempion olan "Oklahoma" klubu yeni rekord müəyyənləşdirib.

"Report" "Crazy Stats"a istinadən xəbər verir ki, komanda müntəzəm mövsüm və pley-offlar matçları da daxil olmaqla 12519 xal toplayıb.

Bu, yarış tarixində ən yüksək göstəricidir. Bundan əvvəl ən məhsuldar komanda 2018/2019 mövsümündə "Qolden Steyt" (12161 xal) olub.

Final seriyasında uduzan (3:4) "İndiana" "Qolden Steyt"in nailiyyətini geridə qoyaraq ikinci olub - 12248 xal.

Qeyd edək ki, "Oklahoma" final seriyasının sonuncu - yeddinci oyununda rəqibini 103:91 hesabı ilə üstələyib.

Seçilən
5
2
report.az

3Mənbələr