AZ

Hələ NBA tarixində "Oklahoma" kimisi olmamışdı

Son NBA çempionu "Oklahoma" yeni rekorda imza atıb.

Fanat.Az "Crazy Stats"a istinadən xəbər verir ki, sözügedən komanda müntəzəm mövsüm və pley-offlar matçları da daxil olmaqla 12519 xal toplayıb.

Bu, yarış tarixində ən yüksək göstəricidir. Bundan əvvəl ən məhsuldar komanda 2018/2019 mövsümündə "Qolden Steyt" (12161 xal) olub.

Final seriyasında uduzan (3:4) "İndiana" "Qolden Steyt"in nailiyyətini geridə qoyaraq ikinci olub - 12248 xal.

Qeyd edək ki, "Oklahoma" final seriyasının sonuncu - yeddinci oyununda rəqibini 103:91 hesabı ilə yenib.

Seçilən
8
2
fanat.az

3Mənbələr