Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək milli komandamızın üzvləri ilə görüşüblər.
Offsideplus.az xəbər verir ki, görüşdə ACF vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər.
Federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onlardan Avropa çempionatında uğurlu nəticələr gözlədiklərini vurğulayıb.
Cüdoçulara həmçinin qarşıdakı yarışla bağlı tövsiyələr verilib.
Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı iyunun 26-dan 29-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Yarışda ölkəmizi 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi mübarizədə təmsil edəcək. Çempionatın son günündə yığmamız qarışıq komanda yarışında da mübarizə aparacaq.