AZ

Ağ Ev: İranın cavabı gözlənilirdi, yeni müharibə istəmirik

ABŞ administrasiyası İranın Əl-Üdeyd bazasına raket hücumuna cavab olaraq bölgədə gərginliyin daha da artmasını arzulamır.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evin yüksək rütbəli rəsmisinə istinadla məlumat yayıb.

Rəsminin sözlərinə görə, prezident Donald Trampın komandası İranın cavab addımını əvvəlcədən gözləyirmiş. "Onların cavab verəcəyini bilirdik. Onlar eyni cür reaksiyanı Süleymani qətlə yetiriləndə də göstərmişdilər",– deyə ABŞ rəsmisi 2020-ci ildəki hava zərbəsini xatırladıb.

Ağ Ev rəsmisi əlavə edib ki, Vaşinqtonun məqsədi bölgədə yeni hərbi münaqişəyə girmək deyil və ABŞ daha genişmiqyaslı hərbi müdaxilədən çəkinməyə çalışır.

 

Musavat.com

Seçilən
7
43
musavat.com

10Mənbələr