AZ

ABŞ İrana hücumda Türkiyə hava məkanından istifadə edib?

"İranın nüvə obyektlərinə hücum edən Amerika bombardmançı təyyarələrinin Türkiyə hava məkanından istifadə etməsi" barədə iddialar təkzib edilib.

Publika.az xəbər verir ki, Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi media resurslarında yayılan bu iddiaların dezinformasiya olduğunu açıqlayıb.

Bildirilib ki, İsrailin İrana qarşı başladığı hücumlarda Türkiyə hava məkanı heç bir şəkildə pozulmayıb. Eyni zamanda ABŞ tərəfindən İranın nüvə obyektlərinə yönəlik həyata keçirilən hərbi əməliyyatlarda da Türkiyə hava məkanı qətiyyən istifadə olunmayıb.

Bombardmançı təyyarələr Amerika Birləşmiş Ştatlarından havaya qalxaraq, Cəbəllütariq boğazı istiqamətindən Aralıq dənizinin cənubundan keçməklə İsrailə çatmış, oradan isə İraq üzərindən İrana daxil olaraq hücumu həyata keçiriblər. Təyyarələr hücumdan sonra eyni marşrut üzrə geri qayıdıblar. Qırıcılar Aralıq dənizi üzərində (Girit adasının cənubunda) yanacaqla təmin olunaraq ABŞ-a qayıdıblar.

Seçilən
14
3
publika.az

4Mənbələr