AZ

Azərbaycan bu ölkədən kilosu 105 manatdan krab alıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 0,32 ton (320 kq) diri, təzə və ya soyudulmuş krab idxal olunub

Valyuta.az xəbər verir ki, bu idxal üçün ümumi xərc 2,21 min ABŞ dolları təşkil edib.

Krabların idxalı əsasən üç ölkədən – İran İslam Respublikası, İndoneziya və Yaponiyadan həyata keçirilib.

Həcmin əsas hissəsi, yəni 0,3 tonu (300 kq) İran İslam Respublikasından gətirilib. Bu məhsullar üçün 1,5 min ABŞ dolları ödənilib. Beləliklə, bu istiqamətdən gətirilən 1 kq krabın qiyməti 5 dollar  və ya 8,5 manat olub.

İndoneziyadan idxal olunan 10 kiloqramlıq krab üçün 80 dollar xərc çəkilib. 1 kq məhsulun qiyməti burada 8 dollar və ya 13,6 manat təşkil edib.

Ən yüksək qiymətə gətirilən krab Yaponiya mənşəlidir. Cəmi 10 kq məhsul üçün 620 dollar ödənilib. Bu, 1 kq məhsula görə 62 dollar və ya 105,4 manat deməkdir. Beləliklə, Yaponiyadan idxal olunan krablar digər mənbələrlə müqayisədə ən yüksək vahid qiymətə malik olub.

Sərvanə Rəmixanova

Seçilən
56
16
valyuta.az

10Mənbələr