2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan cəmi 0,05 min dekalitr (yəni 500 litr) təbii üzüm şərabı ixrac edib.
Valyuta.az xəbər verir ki, bu ixrac əməliyyatından ümumilikdə 0,76 min ABŞ dolları (yəni 760 dollar) gəlir əldə olunub.
Təbii şərab ixrac etdiyimiz ölkələr İtaliya və Yaponiya olub.
İtaliyaya 0,02 min dekalitr (200 litr) şərab göndərilib və bu ixracdan 0,61 min dollar (610 dollar) əldə olunub. Beləliklə, İtaliyaya ixrac olunan 1 dekalitr şərabın qiyməti təxminən 30,5 dollar və ya 51,85 manat təşkil edib.
Yaponiyaya isə 0,15 dekalitr (15 litr) təbii üzüm şərabı ixrac edilib. Bu ixracın dəyəri 0,03 min dollar, yəni 30 dollar olub. Hər dekalitrin qiyməti təxminən 5 dollar, ya da 8,5 manat səviyyəsində olub.
Sərvanə Rəmixanova