AZ

Bu ölkədən ədədi 1845 manatdan binokl almışıq

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 458 ədəd binokl gətirilib.

Valyuta.az xəbər verir ki, bu idxal üçün ümumilikdə 4,36 min ABŞ dolları (yəni 4 360 dollar) məbləğində xərc çəkilib. 

Məlumata görə, binoklların Azərbaycana gətirildiyi əsas ölkələr Çin, Tayvan (Çinin əyaləti), Türkiyə və Bolqarıstandır.

Ən böyük həcmlə idxal Çindən həyata keçirilib — 454 ədəd binokl üçün 2,17 min ABŞ dolları (2 170 dollar) xərclənib. Bu da hər 1 ədəd binoklun təxminən 4,78 ABŞ dollarına və ya 8,13 manata başa gəldiyini göstərir.

Tayvandan da eyni qiymətlə - 2,17 min ABŞ dollarına 2 ədəd binokl idxal olunub. Bu da bir ədəd binoklun 1 085 ABŞ dolları və 1 844,5 manat dəyərində olduğunu deməyə əsas verir. 

Türkiyə və Bolqarıstandan isə hər bir ölkədən 1 ədəd binokl gətirilib və hər biri üçün 0,01 min ABŞ dolları, yəni 10 dollar, təxminən 17 manat ödənilib.

Sərvanə Rəmixanova

Seçilən
82
16
valyuta.az

10Mənbələr