AZ

“Zirə”dən ayrılan futbolçu “Sumqayıt”a keçir?

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

İdmanxeber.az-a verilən məlumata görə, “kimyaçılar” “Zirə”dən ayrılan Məqsəd İsayevlə maraqlanır. Sumqayıt təmsilçisi təcrübəli futbolçunu heyətinə qatmaq istəyir.

Tərəflər arasında danışıqlar başlayıb. Yaxın günlərdə transferin baş tutub-tutmayacağı bəlli olacaq.

31 yaşlı müdafiəçi ötən mövsüm qəsəbə təmsilçisinin heyətində 27 oyunda çıxış edib. Onun “Zirə”ylə müqaviləsi başa çatıb.

 

Seçilən
60
9
idmanxeber.az

6Mənbələr