“Zirə”dən ayrılan futbolçu Məqsəd İsayev “İmişli”dən cavab gözləyir.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik İsayevlə danışıq aparıb və təcrübəli futbolçuya onu transfer etmək istədiklərini bildirib.
Ancaq oyunçuyla bağlı yekun qərarı portuqaliyalı baş məşqçi Xorxe Kaskilya verəcək. Təcrübəli mütəxəssis hələlik azərbaycanlı oyunçu barədə konkret fikir bildirməyib.
Baş məşqçi oyunçu barədə müsbət rəy versə, rəhbərliklə oyunçu arasında mümkün transferin detalları müzakirə ediləcək.
Xatırladaq ki, ötən mövsümü “Zirə”də keçirən müdaifəçi karyerası ərzində Premyer Liqada 255 oyun keçirib, 6 qol vurub və 14 məhsuldar ötürmə verib.