AZ

Almaniya Kansleri İsrail və İran arasında atəşkəsi alqışlayıb

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında müvəqqəti atəşkəs çağırışını alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu qərar Yaxın Şərqi və dünyanı daha təhlükəsiz edəcək" - kansler bildirib.

F.Merts həm İranı, həm də İsraili bu çağırışa qulaq asmağa çağırıb. Bundan əlavə, kansler İranın Qətər və regionun digər dövlətlərinin ərazisindəki ABŞ obyektlərinə zərbə endirmək təhdidini nəzərdə tutaraq, onlara bu gərgin günlərdə təmkinlilik göstərdikləri üçün təşəkkür edib.

Kansler həmçinin qeyd edib ki, bu gün Haaqada keçiriləcək NATO sammitində ABŞ və Avropa tərəfdaşları ilə danışıqlar aparacaq: “Vəziyyəti necə daha da sabitləşdirə biləcəyimizi müzakirə edəcəyik”.

Gülnar Mahmudova

Seçilən
1
1
report.az

10Mənbələr