AZ

İran və İsrail atəşkəsi təsdiqlədi (YENİLƏNİB)

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran İsraillə atəşkəsin qüvvəyə minməsi ilə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, məsələ ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayıb.

Bəyanatda atəşkəsin bərqərar olması təsdiqlənir və bu atəşkəsin birtərəfli olaraq İsrailə qəbul etdirildiyi qeyd olunub.

Bəyanatda həmçinin, İranın "düşmənlərə etimad göstərmədiyi” və hər an "barmağını tətikdə” saxladığı bildirilib.

10.21

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib.

APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb.

"İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, - bəyanatda qeyd edilib.

09.21

İranla İsrail arasında atəşkəs qüvvəyə minib.

APA xəbər verir ki, bu barədə İranın Press TV kanalı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp öz "Truth” hesabında İran və İsrail arasında atəşkəslə bağlı razılıq əldə olunduğunu bildirib:

"Hamını təbrik edirəm! İsrail və İran arasında tam və ümumi şəkildə razılaşdırılıb ki, təxminən 6 saat sonra, hər iki tərəf hazırda davam edən son missiyalarını başa çatdırdıqdan sonra tam və qəti atəşkəs elan ediləcək. Bu atəşkəs 12 saat davam edəcək, və bu müddətin sonunda müharibə rəsmi olaraq bitmiş hesab olunacaq! Rəsmi olaraq İran atəşkəsi başlayacaq və 12-ci saatda İsrail də atəşkəsə başlayacaq. 24-cü saat tamam olanda isə, 12 günlük müharibənin rəsmi sonu bütün dünya tərəfindən alqışlanacaq".

Daha sonra o hər iki ölkəni, İsraili və İranı, bu müharibəni bitirmək üçün göstərdikləri dözümlülük, cəsarət və zəka ilə bağlı təbrik etdiyini deyib. Tramp bildirib ki, bu, illərlə davam edə biləcək və bütün Yaxın Şərqi məhv edə biləcək bir müharibə idi. Amma bu baş vermədi və heç vaxt da baş verməyəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
3
qaynarinfo.az

10Mənbələr