AZ

Tehranın siyasi həbsxanası boşaldıldı

İranın paytaxtı Tehran şəhərində yerləşən Evin həbsxanasındakı məhbuslar başqa həbsxanalara köçürülüb.

Sitat.info xəbər verir ki, bu barədə İranın Teleqram kanalları məlumat yayıb.

“Dünən İsrail ordusunun hücumundan sonra məhbuslar gecə saatlarında Tehrandakı Evin həbsxanasından başqa həbsxanalara köçürülüb. İran ədliyyəsi həbsxanaya ziyan dəydiyini təsdiqləyib və orada olan bir neçə mühafizəçi və mülki vətəndaşın həlak olduğunu bildirib”, - məlumatda deyilir.

 Xatırladaq ki, İsrail ordusu dünən Tehranda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic Qərargahı, siyasi məhbuslar və rejim əleyhdarlarının saxlanıldığı Evin həbsxanası, “Fələstin” meydanında qoyulmuş “İsrailin dağılmasına qalan zaman saatı”, Daxili Təhlükəsizlik Xidmətinin Qərargahı, SEPAH-ın Baş İdarəsi və digər qurumların binalarını vurub.

Seçilən
1
12
sitat.info

10Mənbələr