AZ

Tehranın “Evin” həbsxanası məhbusları köçürülüb

Bakı. Trend:

İranın Tehran şəhərindəki “Evin” həbsxanasının məhbuslarıonların hüquqlarının müdafiəsi və xilasetmə əməliyyatlarına köməketmək məqsədilə Tehran vilayətinin başqa həbsxanalarınaköçürülüb.

Trend-inməlumatına görə, bununla əlaqədar İranın Penitensiar Tərbiyə vəMaarifləndirmə Təşkilatı məlumat yayıb.

Məlumata görə, məhbusların Tehranın başqa həbsxanalaraköçürülməsi prosesi İsrailin ötən gün “Evin” həbsxanasınıvurmasından sonra başlanıb və başa çatdırılıb.

Məlumatda deyilir ki, görülən tədbirlər nəticəsində köçürülənməhbuslar öz ailələri ilə əlaqə saxlayıb və hansı həbsxanadaolmaları ilə əlaqədar ailələrini məlumatlandırıblar.

Qeyd edək ki, ötən gün günorta saatlarında Tehranın “Evin”həbsxanasının bir hissəsi, əsasən inzibati binası İsrail tərəfindənvurulub. Bu hücumda ölən və yaralananların sayı haqda məlumatverilməyib.

Seçilən
4
12
az.trend.az

10Mənbələr