"Ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında 36 778 abituriyent qeydiyyatdan keçib."
''Xəzər Xəbər"in məlumatına görə, bunu DİM-in sektor müdiri Eltun Süleymanov Dövlət İmtahan Mərkəzinin jurnalistlər üçün qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil etdiyi mediatur zamanı deyib.
Onun sözlərinə görə, imtahanlar hazırda üç istiqamət üzrə davam edir, musiqi ixtisası üzrə imtahanlar isə iyulun 1-dən başlayacaq. Bundan basqa DİM nümayəndəsi bildirib ki, imtahanlar avqustun ortalarına qədər davam edəcək.
Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.