Aktrisa Pərvin Abıyevanın evindən xeyli miqdarda pul oğurlanıb.
Far.Az xəbər verir ki, o bu barədə qonaq olduğu "İncə səhər" verilişində bildirib. Abıyeva qeyd edib ki, o bu pulu qardaşının Ali təhsil almağı üçün yığıb, lakin sonra o pul oğurlanıb.
"100 000 AZN-dən çox pulum oğurlanıb. Bu, bir neçə dəfəyə edilib. Hissə-hissə götürüb. Bilmirdim, düşünürdüm ki, pul yerindədir. Bilirəm kimdir, amma üzüm gəlmir deməyə. Qardaşımın təhsili üçün yığmışdım, illərdir topladığım məbləğ getdi. İllərlə yaxınlığım olan idi, sübut edə bilmədim".
Ətraflı videoda: