Ağstafa şəhərində infrastrukturun yaxşılaşdırılması və şəhər mühitinin abadlaşdırılması məqsədilə yeni abadlıq işlərinə start verilir. Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəliyi bu məqsədlə dövlət satınalma müsabiqəsi elan edib.
BAKU.WS-in məlumatına görə, yeni fəvvarə və körpülərdə yenidənqurma işlərii nəzərdə tutan layihənin ümumi dəyəri 321 603 manat təşkil edir.
Abadlıq işləri əsasən 33-cü məhəllə və Eyvaz Qələmçəli küçəsində həyata keçiriləcək.
Abadlıq layihəsinin icrası həm şəhər sakinlərinin rahatlığının artırılması, həm də ümumi şəhər görüntüsünün müasirləşdirilməsinə xidmət edəcək.