AZ

Azərbaycanda virtual aktivlərlə bağlı qanun layihəsi ilin sonunadək təqdim ediləcək

Hazırda bazarda aktual mövzulardan biri virtual aktivlərin tənzimlənməsidir.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə Bazarları üzrə Hüquqi Təminat Departamentinin Ödənişlər və Fintex sektoru üzrə Hüquqi Təminat Şöbəsinin rəhbəri Fidan Tofidi bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə deyib.

O bildirib ki, virtual aktivlər yeni iqtisadiyyatın bir parçasıdır: "Mərkəzi Bank olaraq biz başa düşürük ki, virtual aktivlər həm investisiya, həm də ödəniş alətləri kimi istifadə oluna bilər və bunu təhlükəsiz şəkildə bazara təqdim etməliyik".

"Bu istiqamətdə hazırda qanun layihəsi hazırlanır. İlin sonunadək virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsini təqdim etməyi planlaşdırırıq", - F. Tofidi vurğulayıb.

Seçilən
8
1
apa.az

3Mənbələr