AZ

Mərkəzi Bank ilin sonunadək virtual aktivlərlə bağlı yeni qanun layihəsi təqdim edəcək

Mərkəzi Bank virtual aktivlərlə bağlı yeni qanun layihəsi təqdim edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin Direktoru Fidan Tofidi “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı deyib.

O qeyd edib ki, artıq bazarda çox aktual mövzulardan biri virtual aktivlərin tənzimləməsidir:

“Bu yeni iqtisadiyyatın bir parçasıdır. Mərkəzi Bank olaraq biz başa düşürük ki, virtual aktivlər həm investisiya, həm də ödəniş aləti kimi istifadə oluna bilər. Eyni zamanda başa düşürük ki, bunu təhlükəsiz şəkildə bazara təqdim etməliyik. Bu istiqamətdə qanun layihəsə hazırlanır. İlin sonuna kimi qanun layihəsini təqdim edəcəyik”.

Seçilən
6
1
teleqraf.com

3Mənbələr