Ajans.az xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobili motosikletlə toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü rayon sakini Xasməmmədov Teymur Çingiz oğlu müxtəlif bədən xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.