AZ

Minik avtomobili motosikletlə toqquşdu, bir nəfər xəsarət aldı

UCAR, 24 iyun. TELEQRAF

Ucar rayonunda növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobili motosikletlə toqquşub.

Qəza zamanı motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü rayon sakini Xasməmmədov Teymur Çingiz oğlu müxtəlif bədən xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Seçilən
8
2
teleqraf.com

3Mənbələr