UCAR, 24 iyun. TELEQRAF
Ucar rayonunda növbəti yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobili motosikletlə toqquşub.
Qəza zamanı motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü rayon sakini Xasməmmədov Teymur Çingiz oğlu müxtəlif bədən xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.