Füzuli rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
News24.az "Report"a istinadən xəbər verir ki, "Mercedes", KIA və "Opel" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində üç nəfər həyatını itirib. Ölənlərdən ikisinin qardaş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.