AZ

Füzulidə zəncirvari qəza: Üç nəfər öldü - YENİLƏNİB

Füzuli rayonunda üç nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi müəyyənləşib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə 6-cı Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.
 
Qəza zamanı "Mercedes" markalı avtomobildə olan Qurbanov Nicat, onun qardaşı Qurbanov Ceyhun və Süleymanov Elçin hadisə yerində ölüblər.
 
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan "KİA" markalı avtomobilin sürücüsü Qənbərov Bəndalı Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti ağır olan B.Qənbərov daha sonra Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
 
Faktla bağlı araşdırma davam etdirilir.
 
07:55
 
Füzuli rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır zəncirvari yol qəzası baş verib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillər toqquşub.
 
Hadisə nətisində 3 nəfər həyatını itirib. Ölənlərdən ikisinin qardaş olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
6
3
moderator.az

10Mənbələr