ain.az, Oxu.az saytına istinadən bildirir.
2025/26-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-28-ci illər üçün Dövlət Proqramı"na qəbul çərçivəsində builki müraciətlərdə ilk beşlikdə yer alan ölkələr sırasında Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Avstraliya və İtaliya qərarlaşır.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
O bildirib ki, ən çox üstünlük verilən ixtisas istiqamətləri informasiya texnologiyaları, dövlət idarəçiliyi, mühəndislik, statistika və verilənlərin təhlili, eləcə də təhsil sahələridir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.