AZ

Tbilisidə Azərbaycan Türkiyə Gürcüstan parlamentlərarası əməkdaşlığı müzakirə olundu

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin Təhlükəsizlik və kəşfiyyat komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, görüşdə dünyada və regionda vəziyyət, Türkiyənin sülh quruculuğu prosesində rolu müzakirə olunub, Gürcüstanın nəqliyyat-tranzit aspektində geosiyasi əhəmiyyəti vurğulanıb.

Tərəflər Gürcüstan, Türkiyə və Azərbaycan arasında parlamentlər səviyyəsində üçtərəfli əməkdaşlıq formatına da toxunublar. Ş.Papuaşvili bildirib ki, bu ilin sonuna qədər hər üç ölkənin parlament sədrlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Görüşdə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və Nikol Paşinyanın Türkiyəyə səfəri məsələləri də nəzərdən keçirilib.

Gürcüstan və Türkiyə arasında yüksək səviyyəli səfərlərin dinamikasını müsbət qiymətləndirən tərəflər iki ölkə arasında parlamentlər, həmçinin komitələr və dostluq qrupları səviyyəsində aktiv mübadilələrə də diqqət yetiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
50
sherg.az

10Mənbələr