AZ

Medvedçuk: “Almaniyanı Ukrayna ssenarisi ilə müharibəyə hazırlayırlar”- ÖZƏL

"Digər Ukrayna" hərəkatının rəhbəri, Ukraynada qadağan edilmiş "Həyat Uğrunda Müxalifət Platforması" partiyasının keçmiş lideri Viktor Medvedçuk Almaniyanın Rusiya əleyhinə isteriyanı qızışdırdığını və ölkə əhalisini müharibəyə hazırladığını bildirib. Olaylar.az xəbər verir ki,  bu fikirlər onun "Smotrim.ru" platformasında dərc olunmuş müəllif yazısında yer alıb.
Medvedçukun sözlərinə görə, Donald Trampın Ağ Evə qayıtması ilə amerikalı siyasətçilərin Kiyevə səfərləri azalıb və "qərb sivilizasiyası uğrunda ölməyə çağırışlar" dayandırılıb. Lakin indi bu rolu Avropa, xüsusilə də Almaniya siyasətçiləri öz üzərinə götürüb. Onun fikrincə, ABŞ Ukrayna müharibəsindən kənara çəkilir, lakin eyni prosesi Almaniyaya yönəldir.
"Berlin və Vaşinqton Ukrayna münaqişəsinə münasibətdə rolları dəyişib. Əvvəllər müharibəyə çağırışlar ABŞ-dən gəlirdisə, indi alman siyasətçiləri fəallaşıb və diplomatiyanı bir kənara qoyub müharibə ritorikasını gücləndirirlər," - deyə Medvedçuk qeyd edib.
Almaniya kansleri Fridrix Mersin Rusiyanın guya imperialist iddialarını əsas gətirərək ölkəni müharibəyə hazırladığını vurğulayan Mədvedçuk, əslində Mersin özü imperialist ambisiyalarla hərəkət etdiyini və Ukrayna Prezidenti Volodimir Zelenskinin yolunu təkrarladığını bildirib: "Zelenski də 2022-ci ilə qədər diplomatiya əvəzinə yumruq göstərməklə məşğul idi, daha sonra isə qurban obrazını oynamağa başladı."
Siyasi xadimin fikrincə, Ukrayna cəbhəsində canlı qüvvə tükənir və indi müharibə qüvvələri almanları silah altına almağa çalışır. Almaniyada 2011-ci ildə ləğv edilmiş ümumi hərbi xidmətin bərpası ilə bağlı qanun layihəsinin 2026-cı il yanvarın 1-dən qüvvəyə minə biləcəyi vurğulanır. O əlavə edib ki, Almaniya mediasında bu təşəbbüsün dəstəklənməsi ilə bağlı informasiya kampaniyası aparılır.
"Ukraynada da eyni ssenari baş verdi - KİV ukraynalıların rus imperializminə qarşı döyüşmək istədiklərini tirajlayır, bunu vətənpərvərlik kimi təqdim edirdi. Nəticədə bu, faciəyə və böyük itkilərə səbəb oldu. İndi isə eyni ssenari ilə Berlin bu yola itələnir," - deyə Medvedçuk fikrini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
50
olaylar.az

10Mənbələr