AZ

Gürcü spiker: Avropa İttifaqı beynəlxalq hüququ pozur

TBİLİSİ, 30 iyun. TELEQRAF

“Avropa Komissiyasının Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərarı beynəlxalq hüququn pozulmasıdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vizasız rejim haqqında sazişdə onun qüvvəsinin hansı hallarda dayandırılması ilə bağlı müddəalar əksini tapıb.

“Həmin bəndlərdən hər hansı biri pozulmayıb. Hansısa ölkənin sazişi dayandırması üçün heç bir hüquqi əsası olmayıb. Avropa Komissiyasının tövsiyəsi və qərarı beynəlxalq hüququn pozulmasıdır və bu qərarı dəstəkləyənlər də həmçinin beynəlxalq hüquqa riayət etməyiblər. Başqa sözlə, Avropa İttifaqı beyəlxalq hüququ pozur. Bu, böyük rüsvayçılqdır. Özünü beynəxalq hüququn qoruyucusu elan edən qurumun özü beynəxalq hüququ kobud şəkildə pozur”, - spiker söyləyib.

Qeyd edək ki, hazırda Avropa İttifaqının 11 ölkəsi Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi aradan qaldırıb.

Seçilən
12
14
teleqraf.com

10Mənbələr