AZ

Yevlax şəhər stadionunda otun dəyişdirilməsinə başlanıldı - VİDEO

BAKI. 25 iyun. TELEQRAF

Yevlax şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə başlanılıb.

Teleqraf xəbər verir ki, rayon təmsilçisi "Karvan" klubunun mətbuat katibi Bəhruz Musayev bununla əlaqədar sosial şəbəkədə video paylaşıb.

Təmir işləri nəticəsində meydançada yeni təbii örtük qurulacaq.

Eyni zamanda Yevlax şəhər stadionunun infratruktur qurğularının təmiri nəzərdə tutulub.

Qeyd edək ki, "Karvan" 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.

Seçilən
53
45
teleqraf.com

10Mənbələr