AZ

İranda internetə çıxış bərpa olunub - Nazir

Bakı. Trend:

İsrailin İrana hücumu zamanı məhdudlaşdırılan internetə çıxışbərpa olunub.

Trend-inməlumatına görə, bununla əlaqədar İranın rabitə və informasiyatexnologiyaları naziri Səttar Haşemi İran vətəndaşlarınamüraciətində qeyd edib.

Onun sözlərinə görə, İsrailin İrana hərbi hava hücumları iləeyni zamanda ölkənin müxtəlif sektorlarına kiber hücumlarınedilməsinə başlanıb. Buna əsasən ölkədə internetə çıxışməhdudlaşdırılıb.

Haşemi deyib ki, ölkədə sakitliyin bərpa olunması ilə internetəçıxış əvvəlki vəziyyətə qaytarılmaqdadır.

İranlı nazir internetlə əlaqəli işlərin dayanması nəticəsindəçoxlu zərərlər görən sektorların işçilərindən üzr istəyib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Seçilən
45
23
az.trend.az

10Mənbələr