Bakı. Trend:
Yaxın vaxtlarda İran və ABŞ arasında dolayı müzakirələrinkeçirilməsi ehtimal olunmur.
Trend-inməlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bugün (1 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, buna əsasən İranla ABŞ arasında müzakirələrüçün heç bir tarix müəyyənləşməyib.
Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərindəİran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayımüzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baştutub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.